Azərbaycan orta aylıq əmək haqqına görə MDB-də üçüncüdür

Azərbaycan orta aylıq əmək haqqına görə MDB-də üçüncüdür
# 16 aprel 2012 14:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan MDB məkanında orta aylıq əmək haqqının həcminə görə üçüncü yerdədir. «APA-Economics»in xəbərinə görə, MDB-nin Dövlətlərarası Statistika Komitəsi bildirir ki, 2011-ci ilin yekunlarına əsasən, Azərbaycanda orta aylıq əmək haqqı 470 ABŞ dollarına bərabər olub.

Komitədən verilən məlumata görə, MDB məkanında birinci yerdə Rusiya (795 dollar), ikinci yerdə isə Qazaxıstan (630 dollar) qərarlaşıb.

Sonrakı yerləri isə Ukrayna (645 dollar), Belarus (350 dollar), Ermənistan (295 dollar), Moldova (265 dollar), Qırğızıstan (210 dollar) və Tacikistan (110 dollar) tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR