Azərbaycan Beynəlxalq Bankının başçısı «İlin rəhbəri» mükafatına layiq görülüb

Azərbaycan Beynəlxalq Bankının başçısı «İlin rəhbəri» mükafatına layiq görülüb
# 18 may 2012 14:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev Böyük Britaniyanın «EMEA Finance» jurnalı tərəfindən «2011-ci ilin yekunlarına görə Mərkəzi və Şərqi Avropa və MDB-də ən yaxşı İdarə Heyətinin sədri (CEO)» nominasiyasında «İlin rəhbəri» mükafatına layiq görülüb.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, mükafatlandırma mərasimi mayın 17-də Londonda keçirilib.

Bundan əlavə, ABB ardıcıl 4 ildir «EMEA Finance» tərəfindən «Azərbaycanın ən yaxşı bankı» mükafatına layiq görülür.

Qeyd edək ki, ABB 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR