Bakıdakı uşaq bağçasında 7 yaşlı uşaq ölüb

Bakıdakı uşaq bağçasında 7 yaşlı uşaq ölüb
# 30 aprel 2012 07:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıdakı uşaq bağçasında ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayon ərazisində fəaliyyət göstərən 250 saylı uşaq bağçasında qeydə alınıb. Bağçanın mühafizəçisi işləyən atasının yanına gələn 7 yaşlı Xanlar Mübariz oğlu Əbdüləzimov dəmir darvazanın üstünə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR