Gəncədə 3 piyadanın ölümü ilə nəticələnən yol qəzası törədən şəxs tutulub

Gəncədə 3 piyadanın ölümü ilə nəticələnən yol qəzası törədən şəxs tutulub
# 02 oktyabr 2012 07:54 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 30-da saat 21:00 radələrində Gəncə şəhəri, Xətai prospektində yerləşən 7 nömrəli yaşayış binasının yaxınlığında naməlum avtomaşınla piyadalar - Əsgərova Urux Məcid qızı, Vəliyeva Vəfa Ramiz qızı və Vəliyeva Xatın Könül qızının vurulması nəticəsində zərərçəkmiş şəxslər U.Əsgərova və V.Vəliyeva aldıqları bədən xəsarətlərindən hadisə yerində, X.Vəliyeva isə xəstəxanaya aparılarkən yolda Təcili Tibbi Yardım maşınında dünyasını dəyişib. Hadisəyə səbəb olan yol-nəqliyyat hadisəsini törədn sürücü hadisə yerindən qaçıb.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin 1982-ci il təvəllüdlü Gəncə şəhər sakini Bayramov Tural Məmməd oğlu tərəfindən, onun idarə etdiyi “Mercedes Benz” 20-DB-396 dövlət qeydiyyat nişanlı avtomobillə törədildiyi müəyyən edilib və o, oktyabrın 1-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR