Balakən rayon sakini özünü asıb

Balakən rayon sakini özünü asıb
# 24 fevral 2012 07:51 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayon sakini intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə fevralın 23-də saat 20.00 radələrində rayonun Hənifə kəndində qeydə alınıb. 1974-cü ildə rayonun Hənifə kəndində anadan olan, hazırda Rusiyada pasport qeydiyyatında olan Qurbanov Kamran Qoquli oğlu özünü yaşadığı evin həyətində tikilmiş hamamda elektrik naqili ilə asaraq intihar edib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR