Hakerlərin hücumuna məruz qalan eurovision.az saytı fəaliyyətini bərpa edib

Hakerlərin hücumuna məruz qalan eurovision.az saytı fəaliyyətini bərpa edib
# 17 may 2012 15:24 (UTC +04:00)
APA-nın məlumatına görə, səhər saatlarında özünü “Azadlıq fədailəri” adlandıran haker qruplaşması tərəfindən hücuma məruz qalaraq fəaliyyəti dayanan eurovision.az, eurovisionaz.com, esctoday.com və ann.az saytlarının normal iş rejiminə qayıtması üçün zəruri addımlar atılır. Artıq eurovision.az saytı normal fəaliyyətini bərpa edib.

“Eurovision-2012” mahnı müsabiqəsinin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov APA-ya deyib ki, hadisənin baş vermə səbəbləri araşdırılır və bununla bağlı mətbuata rəsmi açıqlama veriləcək.

Məlumata görə, eurovisionaz.com, esctoday.com və ann.az saytları isə hələ ki, öz fəaliyyətini bərpa etməyiblər.

Qeyd edək ki, bu gün günorta saatlarında gerçəkləşən hücum nəticəsində saytların fəaliyyətində problemlər yaranıb. Ann.az saytının ana səhifəsinə haker qrupunun tələbləri və qətlə yetirilən yazıçı Rafiq Tağının fotosu yerləşdirilib. Saytlarda haker qrupu tərəfindən Bakıda keçirilən “Eurovision” musiqi yarışması əleyhinə şüarlar yazılıb.

eurovision.az və esctoday.com “Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi saytları hesab olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR