Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada sərgi və konfranslar keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada sərgi və konfranslar keçiriləcək
# 16 oktyabr 2012 14:15 (UTC +04:00)
Fonddan APA-ya verilən məlumata görə, silsilə tədbirlərin təşkili ölkələrarası mədəni əlaqələrin möhkəmlənməsinə, Azərbaycanın dünyada tanınmasına və xalqlararası anlaşmaya xidmət edir.

Regional tədbirlər silsiləsi Fransanın Reims şəhərindən başlayacaq. İlk tədbir 19-22 oktyabr tarixlərində bu şəhərdəki Tattinger House adlanan tarixi binada və Reims Konservatoriyasında keçiriləcək. Daha sonra tədbirlərin Fransanın Chalons-en-Champagne, Niort, Cognac, Romarantin-Lanthenay şəhərlərində keçirilməsi və hər şəhərdə üç gün davam etməsi nəzərdə tutulur.

Xüsusi tərtibatla işlənib asılmış afişalar, yerli kütləvi informasiya vasitələrinin tədbirlə bağlı informasiyaları artıq şəhər ictimaiyyətini məlumatlandırıb. Yerli meriya nümayəndələrinin dəstəyi ilə keçiriləcək sərgilərdə fransızlar Azərbaycanın çoxəsrlik zəngin mədəni irsi, incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Sərgi ekspozisiyalarında Azərbaycan miniatürləri, qədim xalçalar, arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, milli musiqi alətləri, geyim və tikmələr, mis və keramik qablar nümayiş olunacaq. Konsert proqramlarında Azərbaycan Dövlət Kamera Orkestrinin ifası, həmçinin klassik və milli musiqi ifaçılarının çıxışı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR