Ucarda qadın üç nəfəri bıçaqlayıb

Ucarda qadın üç nəfəri bıçaqlayıb
# 27 iyun 2012 11:10 (UTC +04:00)
Ucar. Zahid Abışov- APA. Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün gündüz saatlarında rayonun mərkəzi bazarında qeydə alınıb. Bu gün saat 13.00 radələrində Ucar rayon sakinləri 1958-ci il təvəllüdlü Hüseynova Rəna Nuru qızı, 1968-ci il təvəllüdlü Kərimova Nailə Fəzail qızı və 1988-ci il təvəllüdlü Kərimov Ruslan Aslan oğlu bıçaq xəsarətləri ilə Ucar rayon mərkəzi xəstəxanasına gətirilib. Həmin şəxslərin Əliyeva Bəyim Mirələm qızı tərəfindən bıçaqlandığı müəyyənləşib. Adı çəkilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR