«Turanbank»ın rüblük mənfəəti 21% azalıb

«Turanbank»ın rüblük mənfəəti 21% azalıb
# 26 aprel 2012 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC 2012-ci ilin yanvar-mart aylarını 827 min manat mənfəətlə başa vurub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 21% azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 14% artaraq 5,054 mln. manat, o cümlədən faiz gəlirləri 11% artaraq 4,309 mln. manat, qeyri-faiz gəlirləri 42% artaraq 745 min manat olub. Həmçinin, bankın ümumi xərcləri 26,3% artaraq 4,227 mln. manata, o cümlədən faiz xərcləri 23% artaraq 2,322 mln. manata, qeyri-faiz xərcləri 30% 1,905 mln. manata çatıb.
Təhlil aparılan dövr ərzində bankın faiz mənfəəti 0,7% azalaraq 1,987 mln. manat, qeyri-faiz zərəri isə 23% artaraq 1,160 mln. manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 12 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR