Azərbaycanın Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub, iki nəfər ölüb

Azərbaycanın Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub, iki nəfər ölüb
# 08 fevral 2012 13:06 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı rayonu Qızılağac kəndində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində (rayon mərkəzindən 24 km aralı) yanğın olub.

İlkin məlumata görə, yaşayış üçün istifadə olunan ümumi sahəsi 16 kv.m olan vaqon tipli otaq yanıb, içərisində olan 2 nəfər azyaşlı uşaq ölüb.

Hadisə yerinə yanğınsöndürənlər çağırılmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR