IX sinif şagirdlərinin buraxılış imtahanında üzərində mobil telefon aşkarlanan 13 nəfər imtahandan xaric edilib

IX sinif şagirdlərinin buraxılış imtahanında üzərində mobil telefon aşkarlanan 13 nəfər imtahandan xaric edilib
# 03 iyun 2012 15:21 (UTC +04:00)
APA-nın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar.

İlkin məlumatlara əsasən, müxtəlif binalarda 13 şagirdin üzərində mobil telefon aşkarlanıb və onlar imtahandan xaric edilərək nəticələri ləğv edilib.

Qeyd edək ki, buraxılış imtahanı Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin IX sinif şagırdləri üçün keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR