Dəməşqdə nümayişin dağıdılması zamanı 5 nəfər həlak olub

Dəməşqdə nümayişin dağıdılması zamanı 5 nəfər həlak olub
# 17 fevral 2012 20:43 (UTC +04:00)
Bakı-APA. Bu gün Dəməşqin Mezze rayonunda təhlükəsizlik qüvvələri kütləvi nümayişi dağıdıblar. Bu barədə «Əl-Cəzirə» telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri müxalifət tərəfdarlarına atəş açıblar. İlkin məlumatlara görə, 5 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Suriya rəsmi televiziyası bu məlumatı təsdiqləməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR