Azərbaycanda peyvəndləmə səviyyəsinin monitorinqi aparılacaq

Azərbaycanda peyvəndləmə səviyyəsinin monitorinqi aparılacaq
# 09 aprel 2012 10:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda profilaktik peyvəndləmə təqviminə uyğun olaraq daim peyvəndləmə səviyyəsinin monitorinqi aparılacaq. APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib. O bildirib ki, monitorinqlər elektron sağlamlıq kartlarından istifadə etməklə aparılacaq: “Monitorinqlər xüsusən də peyvəndləmə səviyyəsi qənaətbəxş olmayan ərazilərdə keçiriləcək. Həmin ərazilərdə əhali qrupları arasında seçmə yolu ilə peyvəndləmənin səviyyəsi üzrə qiymətləndirici sorğunun təşkili nəzərdə tutulur”.

İmmunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin qorunması məqsədilə ölkə səviyyəsində “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin olunması ilə əlaqədar sıradan çıxmış dondurucu avadanlıqlar dəyişdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR