Rövnəq Abdullayev: «Azərbaycanda qaz hasilatının 2025-ci ildə 50 mlrd. kubmetrə çatacağı gözlənilir»

Rövnəq Abdullayev: «Azərbaycanda qaz hasilatının 2025-ci ildə 50 mlrd. kubmetrə çatacağı gözlənilir»
# 10 aprel 2012 08:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, həmin dövrdə Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayacaq. «Avropanın qaza olan tələbatının 2020-ci ildə 70%-ni, 2030-cu ildə isə 88%-ni xarici mənbələr hesabına ödəniləcəyi ilə bağlı proqnozları nəzərə alsaq, Azərbaycanın bu sahədə rolu böyük olacaq. Hazırda ARDNŞ dünyanın 30 ölkəsinə neft məhsulları ixrac edir və şirkət gələcəkdə ixrac coğrafiyasını daha genişləndirəcək», - deyə R.Abdullayev bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR