Bakıda Azərbaycan və Sloveniya iş adamlarının görüşü keçiriləcək

Bakıda Azərbaycan və Sloveniya iş adamlarının görüşü keçiriləcək
# 18 sentyabr 2012 09:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 19-da Sloveniyanın baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfər edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan şirkətləri üçün Sloveniyanın investisiya layihələrinin təqdimatı keçiriləcək. Təqdimatdan sonra iş adamlarını maraqlandıran suallar cavablandırılacaq, sahibkarlar arasında ikitərəfli görüşlər keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR