Azərbaycanda pul bazası yenidən artıb

Azərbaycanda pul bazası yenidən artıb
# 06 mart 2012 13:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2012-ci il martın 1-nə 7 825,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin martın 1-nə nisbətən bu göstərici 1 725,7 mln. manat və ya 28,3% artıb.

O cümlədən, fevral ayında pul bazası 223,7 mln. manat və ya 3% artıb. Bu artım yanvar ayında 673,9 mln. manat və ya 8,1%-lik azalmadan sonra baş verib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR