BBVB-nin valyuta bölməsində 2,372 mln. dollarlıq əqdlər bağlanılıb

BBVB-nin valyuta bölməsində 2,372 mln. dollarlıq əqdlər bağlanılıb
# 19 mart 2012 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Biryasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,7856 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7856 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 955 354,50 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,7856 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 909 749,10 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7856 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 2,372 mln. dollar və ya 1 865 103,60 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 12,30%, ABŞ dolları üzrə isə illik 12,90% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR