Hillari Klinton: “İranın mübahisəli nüvə proqramının diplomatik yolla həlli üçün hələ fürsət var”

Hillari Klinton: “İranın mübahisəli nüvə proqramının diplomatik yolla həlli üçün hələ fürsət var”
# 12 mart 2012 06:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın mübahisəli nüvə proqramı ilə bağlı bu ölkə ilə Qərb arasında yaranmış gərginliyin diplomatik yolla aradan qaldırılması üçün hələ fürsət var”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Hillari Klinton deyib.

Onun sözlərinə görə, İran nüvə proqramının dinc məqsədli olduğunu sübut etməlidir: “Rəsmi Vaşinqton İrana qarşı hələ diplomatik yola üstünlük verir və bunda israr edir. Ancaq şübhəsiz diplomatiya ilə birlikdə dünya ictimaiyyətinin indiyədək tətbiq etdiyi ən ağır sanksiyalar da davam etdiriləcək. ABŞ İranla olan problemlərini gündəmə gətirib müzakirələri başlatmaq istəyir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR