Tədiyyə balansı: Azərbaycana cəlb edilən xarici kapitalın həcmi azalıb

Tədiyyə balansı: Azərbaycana cəlb edilən xarici kapitalın həcmi azalıb
# 30 mart 2012 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci ilin yekunları üzrə tədiyyə balansında xaricdən cəlb olunan kapitalın ümumi məbləği 8,1 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 2,4% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyaların və xarici kreditlər hesabına formalaşıb:

(mln. dollar)

Cəlb olunan xarici kapitalın strukturu

2010-ci il

2011-ci il

Birbaşa investisiyalar

3 347,3

4 443,9

- neft-qaz sektoru

2 573,4

3 465,6

- digər sektorlar

773,9

978,3

Kreditlər və digər investisiyalar

4 966,2

3 651,0

- dövlət təminatlı kreditlər

735,5

1 255,1

- dövlət təminatlı olmayan kreditlər

2 635,3

2 053,0

-- neft-qaz sektoru

667,6

706,0

-- banklar

1 686,6

828,9

-- digərləri

281,1

518,1

- digər investisiyalar

1 595,4

342,9

Neft bonusu

2,0

20,0

CƏMİ

8 315,5

8 114,9



Mərkəzi Bankın tədiyyə balansına dair şərhdə deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,4 mlrd. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78,0% təşkil edir.

Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin həcmi 26,5% azalıb, onların xarici kapitalın strukturunda xüsusi çəkisi isə 14,7 faiz bəndi azalaraq 45% təşkil edib. Cədvəldən göründüyü kimi, azalma əsasən banklar tərəfindən cəlb edilən kreditlər və digər investisiyalar hesabına baş verib ki, burada azalma müvafiq olaraq 2 dəfə və 4,7 dəfə olub.

Tədiyyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 2 236,1 mln. dollar həcmində vəsait geri qaytarılıb. Qaytarılmış kreditlərin 43,4%-i (969,5 mln. dollar) bank sisteminin, 13,7%-i (306,9 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərin, 25,8%-i (577,4 mln. dollar) neft-qaz sektorunun, 17,1%-i (382,3 mln. dollar) isə digər müəssisə və şirkətlərin payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR