Bu ilin əvvəlindən Azərbaycanda 8 dini icma qeydiyyata alınıb

Bu ilin əvvəlindən Azərbaycanda 8 dini icma qeydiyyata alınıb
# 05 may 2012 08:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda dini durum son dərəcə sabitdir. APA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək 8 dini icma qeydiyyata alınıb: “Bunlardan ikisi qeyri-islam, qalanı isə islam təmayüllü dini icmalardır”.

H.Orucov Azərbaycanda dini tolerantlığın mövcud olduğunu qeyd edib və bu sahədə digər ölkələrə nümunə ola biləcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR