Berlində Xocalıya həsr olunmuş “Pozulmuş sülh” cizgi filminin təqdimat mərasimi keçirilib – FOTO

Berlində Xocalıya həsr olunmuş “Pozulmuş sülh” cizgi filminin təqdimat mərasimi keçirilib – <font color=red>FOTO</font>
# 23 aprel 2012 12:42 (UTC +04:00)
Bakı – APA. 2012-ci il aprelin 21-də Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Xocalı faciəsinə həsr olunmuş “Pozulmuş sülh” cizgi filmi təqdim edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, təqdimat Berlində yaşayan həmvətənimiz, rəssam və rejissor Məsud Pənahinin yaradıcılığına həsr olunmuş “Sənətin sevincli-kədərli səhnələri” adlı tədbir çərçivəsində keçirilib. Tədbiri AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova açaraq qonaqları salamlayıb və tədbirin animasiya sənətinə həsr edildiyini bildirib. Sonra Azərbaycan səfirliyinin birinci müşaviri Rizvan Nəbiyev çıxış edərək Azərbaycanın mədəniyyəti və incəsənəti haqqında qonaqlara qısa məlumat verib.

Samira Patzer-İsmailova Xocalı faciəsinə həsr olunmuş “Pozulmuş sülh” cizgi filmini tədbir iştirakçılarına təqdim edərək filmin yaradılması tarixindən, Məsud Pənahinin təşəbbüsü və yaradıcı fəallığından, Diasporla iş üzrə Dövlət Komitəsinin və AAKM-nin bu cizgi filminin hazırlanmasında iştirakından danışıb. Rejissor Məsud Pənahi isə cizgi filminin yaradılması ideyası və film üzərində aparılan işlərdən bəhs edib. Daha sonra “Pozulmuş sülh” cizgi filmi nümayiş olunub.

Tədbirə Azərbaycan səfirliyinin məsul əməkdaşları, alman ictimaiyyətinin nümayəndələri, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin üzvləri, diaspor təmsilçiləri, azərbaycanlı tələbə və gənclər, AAKM-nin əməkdaşları qatılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR