MAQATE-nin icraçı direktoru və müavini İrana səfər edəcək

MAQATE-nin icraçı direktoru və müavini İrana səfər edəcək
# 18 may 2012 21:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) icraçı direktoru Yukiya Amano mayın 20-də İrana səfər edəcək. APA-nın məlumatına görə, bu barədə MAQATE-nin Vyanadakı ofisi açıqlama yayıb. Bildirilib ki, İranla agentlik arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunması üçün Y. Amano və MAQATE-nin icraçı direktorunun müavini, Tehranın nüvə proqramı üzrə eksperti Herman Nakerts İrana səfər edəcək. Onların İranın rəsmiləri ilə görüşəcəyi açıqlanıb.
Qeyd edək ki, İranla MAQATE arasında növbəti müzakirələr mayın 21-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR