Xidmət keyfiyyətinə görə hotellərin beynəlxalq reytinqinə Varşava başçılıq edir

Xidmət keyfiyyətinə görə hotellərin beynəlxalq reytinqinə Varşava başçılıq edir
# 31 may 2012 08:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. London (Böyük Britaniya), Paris (Fransa) və Roma (İtaliya) kimi şəhərlər hotelləri xidmət keyfiyyətinə görə beynəlxalq reytinqdə ilk 20-liyə daxil ola bilməyib.

«APA-Economics»in məlumatına görə, reytinq müxtəlif şəhərlərində hotellərin müştərilərinin rəyi əsasında tərtib olunub.

Siyahıda autsayderlər arasında Rusiyanın paytaxtı Moskva şəhəri də yer alıb. Buna baxmayaraq, Moskva reytinqdə öz yerini bir qədər yaxşılaşdırıb. Belə ki, Rusiya paytaxtının hotelləri mayın sonuna reytinqdə ümumi orta qiymətini mümkün 10 baldan 7,12 bala yüksəldə bilib. Halbuki 2012-ci ilin fevralında bu göstərici 7,1 bal təşkil edib.

Reytinqdə Roma 6,92 bal, Paris isə 6,74 bal toplaya bilib və bununla da bu şəhərlər siyahının ilk 20-liyində yer ala bilməyib.

Hotellərin keyfiyyətindən razı qalan müştərilər ən çox Varşavaya (Polşa) səs verib. Bu şəhərin hotellərinin orta hesabla topladığı balları 7,9 olub. Siyahıda ikinci yerdə 7,65 bal toplayan Tokio (Yaponiya), üçüncü yerdə isə 7,64 balla Helsinki (Finlandiya) qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR