Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuş tələbələrlə görüş keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuş tələbələrlə görüş keçirilib
# 11 avqust 2012 11:00 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuş tələbələrlə görüş keçirilib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirliyin müşaviri İ. Cabbarov qəbul olmuş abituriyentləri salamlayaraq onları Azərbaycan Diplomatik Akademiyasına qəbul olmaları münasibətilə təbrik edib və onlara təhsillərində uğurlar arzulayıb. Sonra İ. Cabbarov Azərbaycan Diplomatik Akademiyası haqda, bu il tədris müəssisəsində keçirilən tələbə qəbulu haqqında ətraflı məlumat verib.
Daha sonra müşavir Qırğızıstanın “OTRK” və “NTS” televiziya kanallarına bu qəbul barədə danışıb və qeyd edib ki, belə bir qəbul ödənişsiz əsaslarda Qırğızıstanda ilk dəfə keçirilir. Müsabiqə nəticəsində ADA-ya qəbul olmuş tələbələr Ümid Kıdırqıceva, Əziz Kubanıcbek, Akimbek Abdugafar bununla bağlı müsahibə veriblər. Abituriyentlər, müsahibələrində Azərbaycan dövlətinə yaradılmış şəraitə görə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda Səfirlik tərəfindən abituriyentlərə Azərbaycanla bağlı kitab, jurnal və kiçik hədiyyələr təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR