Qəbələdə “Muğam axşamı” və “Üç tenor” adlı vokal musiqisi axşamı keçirilib

Qəbələdə “Muğam axşamı” və “Üç tenor” adlı vokal musiqisi axşamı keçirilib
# 28 iyul 2012 20:09 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam axşamı” olub.

APA-nın məlumatına görə, konsertdə xanəndə İlkin Əhmədov, Gülay Zeynallı və Ehtiram Hüseynovu tarda Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov, qanunda Təranə Əliyeva, nağarada Emin Cəbrayılov və balabanda Mehman Nuriyev müşaiyyət edib.

Bu gün Azərbaycan və İtaliya musiqiçilərinin iştirakı ilə “Üç tenor” adlı vokal musiqisi axşamı olub. Konsertdə bəstəkar F.Çileanın, J.Bizenin, C.Puççininin, C.Verdinin, P.Maskanyinin, R.Leonkovallonun, S.Cardillonun, E. Kurtisin əsərləri ifa olunub. Konsertin vokalçı Ottavio Palmierini (İtaliya), Azər Rzazadəni, Adil Axundovu pianoda Covanni Brollo (İtaliya) müşaiyyət edib.

Festivalın proqramına uyğun olaraq Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin Qax şəhərində konserti olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR