Yazıçılar Birliyinə prezidentin xüsusi təqaüdünü almaq üçün 1200 nəfər müraciət edib

Yazıçılar Birliyinə prezidentin xüsusi təqaüdünü almaq üçün 1200 nəfər müraciət edib
# 11 aprel 2012 14:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İndiyədək ölkə prezidentinin bir illik xüsusi təqaüdünü Azərbaycan Yazıçılar Birliyinin (AYB) 300 nəfər yaşlı, 120 nəfər gənc nümayəndəsi alıb. Bunu APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu deyib. O bildirib ki, prezidentin xüsusi təqaüdü 2007-ci ildən yaradıcılıq təşkilatlarında işləyən şəxslərin yaradıcılığını stimullaşdırmaq üçün verilir. Hər il AYB-nin yaşlı üzvlərindən 50-si bir il ərzində hər ay 300 manat, 20 gənc üzvü isə ayda 200 manat olmaqla prezidentin xüsusi təqaüdünə layiq görülür: “AYB-də bu təqaüdü almaq istəyən təxminən 1200-dək adamın ərzisi var. Bəzən şairlər səbirsizlik edir, təqaüd ala bilmədiklərini ictimailəşdirirlər. Amma bu təqaüdü layiq olanların hamısı alacaq. Təqaüdlərin təkrar verilməsi ilə bağlı səslənən fikirlər də yanlışdır. Bu təqaüd yalnız bir dəfə verilir”.

Ə. Əsgəroğlu bu il prezidentin xüsusi təqaüdünü alacaq şəxslərin siyahısının gələn həftə açıqlanacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR