Azərbaycanda rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək

Azərbaycanda rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
# 08 fevral 2012 12:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına hər hansı işlərin aparılmasını qadağan etməsi barədə növbəti xəbərdarlıq edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, son vaxtlar regionlarda aparılan təmir-tikinti və qazıntı işləri zamanı regional və yerli əhəmiyyətli optik kabel xətləri zədələnir. Xəbərdarlıq da məhz zədələnmələrin qarşısını almaq məqsədilə edilib: «Qərar qəza vəziyyətlərinin qarşısının alınması üçün qəbul edilib, həm hüquqi, həm də fiziki şəxslərə aiddir».

Operatorun kabel xətlərinin keçdiyi ərazilərdə işlərin aparılmasına görə «Aztelekom» İB magistral kabellərinin texniki qovşaqlarından və yazılı müraciətdən sonra yerli icra hakimiyyəti orqanlarından rəsmi icazə almaq lazımdır. Təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək.

Qeyd edək ki, yazılı müraciətlər Bakıda, eləcə də Sahil qəsəbəsində, Xırdalan, Şamaxı, Göyçay, Siyəzən, Bərdə, Lənkəran, Sabirabad, Beyləqan, Qazax, Salyan, Quba, Şəki, Zaqatala, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Gəncə və Göygöl şəhərlərində qəbul edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR