Azərbaycanla İtaliya arısında müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalanıb

Azərbaycanla İtaliya arısında müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalanıb
# 07 noyabr 2012 07:47 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səfər Əbiyevin İtaliya müdafiə naziri, admiral Campaola Di Paola ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşü olub.

Görüşdə Azərbaycanla İtaliya respublikaları arasındakı müxtəlif istiqamətli dostluq əlaqələri müzakirə olunub və hər iki nazir hərbi əməkdaşlıq məsələlərinin inkişafının vacibliyini önə çəkiblər. İyirmi ildir Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu, nəticədə bir milyon insanın öz yurd-yuvasından qaçqın düşdüyünü və BMT Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamənin həyata keçirilmədiyini diqqətə çatdıran nazir Səfər Əbiyev bildirib ki, münaqişənin sülh yolu ilə həll edilməsində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. “Ona görə də biz bu məsələnin üzərində ciddi düşünürük”, deyən nazir Səfər Əbiyev qeyd edib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcək.

Görüşün sonunda İtaliya Respublikası ilə Azərbaycan Respublikası arısında müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalanıb.

Bu gün isə Səfər Əbiyev müdafiə sənayesi obyektlərinə baş çəkəcək və İtaliya istehsalı olan silah və texnika ilə tanış olacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR