İran ABŞ bazalarına hücum etməklə hədələyib

İran ABŞ bazalarına hücum etməklə hədələyib
# 03 iyun 2012 04:23 (UTC +04:00)
Bakı-APA. Əgər ABŞ və İsrail İrana qarşı müharibəyə başlasalar, islam respublikası onların bazalarına zərbə endirə bilər. İran ali dini rəhbəri Əli Xameneyinin müşaviri general Yəhya Rəhim Səfəvi belə bir bəyanatla çıxış edib.

«Birləşmiş Ştatların siyasətçiləri və hərbçiləri yaxşı bilirlər ki, onların bütün bazaları İran raketlərinin çata biləcəyi məsafədədirlər», deyə general bəyan edib.

O həmçinin bildirib ki, İran raketləri İsrailin istənilən nöqtəsində hədəfi vura bilərlər. «Onlar müharibəyə başlaya bilərlər, lakin onu qurtara bilməzlər», deyə general Səfəvi yekunlaşdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR