Suriya baş naziri və hökumət üzvləri ABŞ-ın sanksiya siyahısına daxil ediliblər

Suriya baş naziri və hökumət üzvləri ABŞ-ın sanksiya siyahısına daxil ediliblər
# 19 iyul 2012 00:48 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti Suriyaya dair sanksiya siyahısını genişləndirərək ora təxminən 30 suriyalı məmurun adını daxil edib. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.

Məlumata görə, ABŞ xəzinədarlığı Suriya baş naziri Riyad Hicab və 28 hökumət üzvünün Amerikadakı hesablarını dondurub. Bundan əlavə, ABŞ vətəndaşlarına bu şəxslərlə hər hansı maliyyə əməliyyatı həyata keçirmək qadağan olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR