Azərbaycanda magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlanıb

Azərbaycanda magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlanıb
# 04 iyun 2012 05:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına martın 4-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər.

Bunun üçün bakalavrlar iyunun 4-dən 12-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Proqram seçib təsdiq etmiş bakalavrlar iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballı şkala ilə qiymətləndiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR