İranda zəlzələ baş verib, dağıntı və xəsarət alanlar var

İranda zəlzələ baş verib, dağıntı və xəsarət alanlar var
# 03 may 2012 20:02 (UTC +04:00)
APA-nın İRNA-ya istinadən məlumatına görə, Rixter cədvəli üzrə 5,5 bal gücündə meydana gələn təbii fəlakətin episentri Abadan şəhəri olub. Dəhləran və Mehran şəhərlərində də hiss edilən zəlzələ nəticəsində 12 nəfərin xəsarət aldığı bildirilib. Sarsıntının ən çox hiss edildiyi bu şəhərlərdə bəzi evlərin tamamilə yıxıldığı, bəzilərinin də qismən zərər gördüyü qeyd edilib. Eyni zamanda Abadan şəhərində telefonların kəsildiyi və vətəndaşların evlərindən çıxaraq küçələrdə gözlədiyi vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR