Azərbaycan Kazanda keçirilən beynəlxalq elmi-praktik seminar və konfransda iştirak edib
17 aprel 2012 10:13 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən “Müasir şəraitdə qeyri-maddi etno-mədəni irsin qorunması problemləri” adlı beynəlxalq elmi-praktik seminarda və “Polietnik region şəraitində milli ənənələrin inkişafı” adlı elmi-praktiki konfransda təmsil olunub. APA-nın məlumatına görə, beynəlxalq tədbir Tatarıstanın Mədəniyyət Nazirliyi tərəfindən Tatarıstan Elmlər Akademiyası ilə birgə təşkil olunub.
Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyini mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib. Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması sahəsində əldə olunan nailiyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, bu sahədə proqram və layihələrin hazırlanıb həyata keçirilməsində təcrübə mübadiləsi aparmaq arzusu ifadə olunub. Qeyri-maddi mədəni irsin qorunması sahəsində artıq Azərbaycan modelinin formalaşmasını və bu müsbət təcrübənin yayılacağı təqdirdə Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənəcəyini nəzərə alaraq, beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli beynəlxalq münasibətlərdə sözügedən amilin daha fəal istifadə olunması nəzərdə tutulur.

Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024