TQDK Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış "Memarlıq" komissiyasında qeydiyyatdan keçən abituriyentlərə müraciət edib

TQDK Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış "Memarlıq" komissiyasında qeydiyyatdan keçən abituriyentlərə müraciət edib
# 28 iyun 2012 08:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yaradılmış "Memarlıq" komissiyasında (86 saylı) qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planlarının təsdiq edilməsi haqqında" Prezident Administrasiyası rəhbərinin 19 iyun 2012-ci il tarixli 69 nömrəli sərəncamına əsasən, cari ildə ADAU-nun "Memarlıq" ixtisasına tələbə qəbulu nəzərdə tutulmayıb. Həmin ixtisas üzrə ADAU-da yaradılmış "Memarlıq" komissiyasında (86 saylı) qeydiyyatdan keçmiş və respublikanın digər ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) "Memarlıq" ixtisası üzrə keçiriləcək qabiliyyət imtahanında iştirak edə bilərlər.

AMİU-da qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlər iyulun 2-dən 15-dək TQDK-nın Gəncə Regional Bölməsinə müraciət edə bilərlər. Bunun üçün abituriyentlər onlara verilmiş "Qabiliyyət imtahanı vərəqi"ni və şəxsiyyəti təsdiq edən sənədi Regional Bölməyə şəxsən təqdim etməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR