Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə bu il 3,2 mln. manat vəsait toplanılıb

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə bu il 3,2 mln. manat vəsait toplanılıb
# 16 mart 2012 08:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə ümumilikdə 3,185 mln. manat həcmində sığorta haqqı yığılıb.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən bu növ üzrə 50,379 min manat həcmində sığorta ödənişi aparılıb.

Aparılan təhlilə görə, bu sığorta növü üzrə bazarda ən çox daxilolmalar «Paşa Həyat» şirkətinin payına düşüb. Sonrakı yerləri «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri bölüşdürür.

Xatırladaq ki, Azərbaycanda həyat sığortası üzrə üç şirkət - «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat» şirkətləri fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR