Nyu-Yorkda 11 sentyabr terror aktlarının təşkilatçılarının məhkəməsi başlayıb

Nyu-Yorkda 11 sentyabr  terror aktlarının təşkilatçılarının məhkəməsi başlayıb
# 06 may 2012 02:16 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Quantanamo hərbi bazasındakı həbsxanada 11 sentyabr terror aktlarının təşkilatçıları Xalid Şeyx Məhəmməd və daha 4 nəfər hərbi tribunalın qarşısına çıxarılıb.
APA-nın verdiyi xəbərə görə, onlar terrorçuluqda, təyyarə qaçırmaqda, qətllər törətməkdə, sui-qəsd təşkil etməkdə ittiham olunurlar.
Xalid Şeyx Məhəmməd hakimin suallarına cavab verməkdən imtina edib.
Məhkəmədə 11 sentyabr terror aktları zamanı həlak olanların bir necə qohumları iştirak ediblər.
Təqdim olunan ittihamlar ölüm cəzasını nəzərdə tutur.
11 sentyabr hadisələri nəticəsində 2976 adam həlak olub.
Onlardan çoxu Dünya Ticarət Mərkəzinin qoşa qüllələrinə təyyarələrin çırpılması nəticəsində ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR