Azərbaycanda dəniz nəqliyyatı ilə tranzit yükdaşımanın həcmi artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə tranzit yükdaşımanın həcmi artıb
# 23 iyul 2012 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% artaraq 6,5 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 61,4%-ni neft yükləri, 38,6%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib: «Hesabat dövründə dəniz limanlarında 6,2 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib ki, nəticədə 0,4%-lik artım olub. İşlənmiş yüklərin 87,2%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 3% artıb».

Qeyd edək ki, 2012-ci il iyulun 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 49,1 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,1% çox idxal yüklərin qalığı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR