Həbsdə olan baş redaktorun barəsində olan cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilib

Həbsdə olan baş redaktorun barəsində olan cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilib
# 13 fevral 2012 14:04 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “İslam-azeri.az” internet qəzetinin həbsdə olan baş redaktoru Ramin Bayramovun barəsində olan cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilib. R. Bayramovun vəkili Ramil Məmmədovun APA-ya verdiyi xəbərə görə, cinayət işinə Abşeron rayon Məhkəməsində baxılacaq. Yaxın vaxtlarda cinayət işinin hansı hakimin icraatına verildiyi və məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunacaq.

Qeyd edək ki, R. Bayramov 2011-ci il avqustun 11-də saxlanılıb. Baxış zamanı onun üzərində narkotik vasitə aşkarlanıb. Mənzilindən isə tapança, yeddi ədəd güllə və daraq tapılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR