Moskvada Emin Ağalarovun “After the Thunder” adlı möhtəşəm konserti keçirilib - FOTOSESSİYA

Moskvada Emin Ağalarovun “After the Thunder” adlı möhtəşəm konserti keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 06 aprel 2012 07:10 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konsert paytaxtın “İzvestiya Hall” konsert kompleksində baş tutub. Emin Ağalarov konsertdə yeni işıq üzü görmüş «After the thunder» adlı albomundan parçalar ifa edib.
Konsertdə Eminin yeni “̌Heart Keeps Beating” (“Ürək döyünür”) sinqlinin də təqdimatı olub. Bundan başqa Emin albomunda yer alan “Baby Get Higher”, “Never Enough”, “Walk Through Walls”, “Dead Roses” və “Serdce byotsya” adlı yeni mahnıları ifa edib. İlk dəfə repertuarında yer alan rus dilində “Serdce byotsya” mahnısı tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Emin ustadı hesab etdiyi məşhur azərbaycanlı müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin “Sinyaya veçnost” mahnısını da ifa edib. Eminin ifasında bu mahnı tamaşaçıların böyük rəğbətinə səbəb olub. Konsert iki saatdan artıq davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR