NATO-nun baş katibi: “Cənubi Qafqaz regionunda təhlükəsizlik sahəsində təhdidlər qalmaqdadır”
07 sentyabr 2012 07:51 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Regionda əldə olunan tərəqqiyə rəğmən təhlükəsizlik sahəsində təhdidlər qalmaqdadır”. APA-nın məlumatına görə, bu fikirləri NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı deyib.
O çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Dağlıq Qarabağ münaqişəsi məsələsində iki məsələ aydındır. Münaqişənin hərbi yolla həlli mövcud deyil və irəliyə doğru aparacaq yeganə yol dialoq, kompromis və əməkdaşlıqdır. NATO münaqişənin nizamlanması prosesinə birbaşa cəlb olunmayıb, lakin ATƏT-in Minsk Qrupunun nizamlanmaya yönəlik səylərini tam şəkildə dəstəkləyir”.
Baş katib Azərbaycanın Ramil Səfərovu əfv etmək qərarından narahatlığını ifadə edib: “O, dəhşətli cinayət törədib və onun əfv edilməsi münaqişənin sülh yolu ilə həllinə dəstək vermir”.
Anders Foq Rasmussen regionda gərginliyin aradan qaldırılması üçün tədbirlərin görülməsinin və region çərçivəsində əməkdaşlıq imkanlarının yaradılmasının zəruriliyini qeyd edib.

Xarici siyasət
Ceyhun Bayramov ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
20:39
6 may 2024
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:18
6 may 2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb, ekspert qruplarının işi davam edir
18:01
6 may 2024
Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO
17:58
6 may 2024