Yunanıstanın DEPA qaz konserninin özəlləşdirilməsi ilə bağlı müraciətlər sentyabrın sonunadək qəbul ediləcək

Yunanıstanın DEPA qaz konserninin özəlləşdirilməsi ilə bağlı müraciətlər sentyabrın sonunadək qəbul ediləcək
# 11 avqust 2012 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq kreditorların tələblərini yerinə yetirən Yunanıstan hökuməti DEPA qaz konserni və onun törəmə qurumu olan DESFA qaz nəqli kompaniyasının özəlləşdiriləcəyini bəyan edib.

«APA-Economics»in məlumatına görə, sözügedən şirkətləri almaq istəyənlərin müraciətləri cari ilin sentyabr ayının sonunadək qəbul ediləcək. Artıq Rusiya, ABŞ və Fransa bu sövdələşməyə maraq göstərib.

Xatırladaq ki, bu ilin aprel ayında DEPA və DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tenderə namizəd kimi buraxılan 14 şirkətin adı açıqlanıb. Bunların arasında Azərbaycan Dövlət Neft Şirkəti də var.

Qeyd edək ki, DEPA şirkəti Yunanıstanda qazın satışı, nəqli və paylanması ilə məşğuldur. Hazırda şirkətin səhmlərinin 65%-i Yunanıstan hökumətinə, 35%-i isə «Hellenic Petroleum S.A.» neft emalı şirkətinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR