Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
# 19 iyul 2012 12:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən “APA-Economics”ə verilən məlumata görə, iyulun 18-də keçirilən hərraclarda “Azeri Light” markalı neft 1,79 dollar bahalaşaraq 108,54 dollara satılıb.

Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsində neftin proqnoz qiyməti 100 dollardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR