Qəbələ və Şamaxının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə beynəlxalq tender başa çatıb

Qəbələ və Şamaxının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə beynəlxalq tender başa çatıb
# 29 may 2012 13:30 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender başa çatıb.
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, 6 şirkətin iştirak etdiyi tenderdə daha sərfəli şərtlər təklif edən Almaniyanın “PWT Wasser-und Abwassertechnik GmbH” şirkəti qalib elan edilib və “Azərsu” ASC ilə həmin şirkət arasında müqavilə imzalanıb.
“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə elan edilmiş beynəlxalq tender də yekunlaşıb. 7 iddiaçı şirkətin təqdim etdiyi təkliflər ətraflı qiymətləndirilib, daha əlverişli şərtlər təklif edən yerli “T.T.Ş.İnşaat MMC” şirkəti Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tenderin qalibi elan edilib və “Azərsu” ASC ilə həmin şirkət arasında müqavilə imzalanıb.
Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR