Azərbaycan UEFA reytinqində mövqeyini itirib

Azərbaycan UEFA reytinqində mövqeyini itirib
# 27 iyul 2012 15:06 (UTC +04:00)
Bakı – APA. UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq cədvəlində dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Avropa Liqasının II təsnifat mərhələsinin başa çatmasından sonra qitə futbol qurumu ölkələrin xal hesablarını dəyişib.

Son 5 mövsümü əhatə edən sıralamada Azərbaycan hesabına daha 0,125 xal əlavə edib. Bu, “İnter”in Yunanıstanda “Asteras”la heç-heçə etməsi sayəsində mümkün olub. Bununla, cari mövsüm yığılan xallarımızın sayı 1,750-yə çatıb. Bunun ən böyük hissəsi – 0,750-i “İnter”ın payına düşür. “Xəzər Lənkəran” 0,500, “Neftçi” 0,375, “Bakı” isə cəmi 0,125 xal qazanıb.

“İnter”dən reytinqimizə gələn növbəti töhfə nəinki irəliləmək, heç yerimizdə qalmağa belə kifayət etməyib. Belə ki, az əvvəl arxada qoyduğumuz İrlandiya yenidən Azərbaycandan önə keçib. Bu üzdən də yenidən 36-cı pillədən qərarlaşmışıq.

Düzdür, izləyicilər çox geridə qaldığından bu mövqeni itirəcəyimiz inandırıcı deyil. Lakin İrlandiyanı yenidən keçmək üçün “Neftçi”nin 1 heç-heçəsi yetərlidir.

UEFA reytinqinin 4-cü onluğu

yer

Ölkə

reytinq

Qalib/klub

31

Sloveniya

8.208

2/5

32

Finlandiya

8.208

2/4

33

Bosniya-Herseqovina

7.583

1/4

34

Moldova

7.541

      1/4

35

İrlandiya

7.375

1/4

36

Azərbaycan

7.291

1/4

37

Litva

6.500

1/4

38

Qazaxıstan

5.958

1/4

39

Latviya

5.791

0/4

40

İslandiya

5.416

0/4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR