Azərbaycan və Türkiyə İT sahəsində birgə layihələr həyata keçirəcək

Azərbaycan və Türkiyə İT sahəsində birgə layihələr həyata keçirəcək
# 27 aprel 2012 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Türkiyə informasiya texnologiyaları sahəsində birgə layihələr həyata keçirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın iqtisadi inkişafı üçün vacib olan, elmi-texniki yeniliklərə əsaslanan məhsul və xidmətlərin istehsalına, onların xarici bazarlarda rəqabətliyini təmin etmək üçün iri layihələr tələb olunur: «Bu sahədə Türkiyənin təcrübəsindən, öz növbəsində Türkiyə Azərbaycanın mövcud potensialından istifadə edəcək. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi gözlənilir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR