Rusiya Türkiyəyə xəbərdarlıq edib
18 may 2012 13:54 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya xarici siyasət idarəsi Türkiyədə Rusiyanın ərazi bütövlüyünü təhdid edən, iki ölkə arasındakı münasibətlərə kölgə salan tədbirlərin keçirilməsini qəbuledilməz sayır: “Mayın 12-13-də İstanbulda Qafqaz Forumu adı altında keçirilən tədbirdə Rusiya əleyhinə fikirlər səslənib. Tədbirdə terrorçu Doku Umarovun çağırışı, Rusiya və onun tərəfdarlarına qarşı mübarizə aparmaq kimi iki ölkə arasındakı münasibətlərə kölgə salacaq fikirlər səslənib. Üstəlik Türkiyə dövləti də bu tədbirin keçirilməsinə göz yumub. Bu, bizi çox təəssüfləndirdi. Biz Türkiyə dövlət rəsmilərinin bu cür tədbirlərin keçirilməsinə icazə verməməsini istəyirik. Belə tədbirlər mövcud Rusiya-Türkiyə münasibətlərini korlaya bilər”.
A. Lukaşeviç mayın 12-də İstanbulda keçirilən başqa bir konfransda ruslar tərəfindən çərkəzlərə qarşı soyqırımı törədilməsi ilə bağlı fikirlər səsləndiyini qeyd edib: “Konfransda Rusiya işğalına qarşı Qafqaz Xalqları Konqresinin yaradılmasına qərar verilib. Bütün bunlar Moskva-Ankara münasibətlərinə zərər vurur”.

MDB
Vladimir Roqov: "Rusiyada heç kim Zelenski ilə danışıqlara getməyəcək"
10:45
5 may 2024
Rusiya XİN İran və İsrail arasında eskalasiyanın mümkünlüyünü istisna etməyib
05:58
5 may 2024
Vladimir Putin Xilaskar İsa Məsih Kilsəsində Pasxa mərasiminə qatılıb
01:23
5 may 2024
Rusiya DİN Zelenski və Poroşenkonu axtarışa verib - FOTO - YENİLƏNİB
17:08
4 may 2024