Güclü qar yağıntısı Azərbaycanın Aran bölgəsində bir sıra problemlər yaradıb

Güclü qar yağıntısı Azərbaycanın Aran bölgəsində bir sıra problemlər yaradıb
# 08 fevral 2012 08:23 (UTC +04:00)
APA-nın yerli bürosunun verdiyi məlumata görə, hazırda Göyçay, Ucar və Zərdab rayonlarında qarın qalınlığı 10-15 santimetrə çatır. Hər üç rayonun icra hakimiyyətlərindən bildiriblər ki, ötən günlə müqayisədə havanın temperaturu kəskin şəkildə aşağı enib. Bu da yolların buz bağlamasına və yollarda hərəkətin çətinləşməsinə səbəb olub. Hazırda yol istismar idarələrinin əməkdaşları yollara qum səpirlər.

Havaların kəskin soyuması həmçinin Ucar rayonuna elektrik enerjisinin verilməsində problem yaradıb. Ucar rayon İşıq İdarəsindən bildiriblər ki, 110 voltluq elektrik naqilləri qırıldığından elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR