“Bəyin oğurlanması” və “Gümüş gölün əfsanəsi” filmlərinin bərpa olunmuş elektron versiyası hazırlanıb

“Bəyin oğurlanması” və “Gümüş gölün əfsanəsi” filmlərinin bərpa olunmuş elektron versiyası hazırlanıb
# 15 fevral 2012 10:05 (UTC +04:00)
Bakı. APA – Ülkər Rəşidqızı. Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birlikdə iki filmin bərpa olunmuş elektron versiyasını hazırlayıb. Fondun mətbuat katibi Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, filmlərdən biri məşhur “Bəyin oğurlanması” kinokomediyasıdır. 1985-ci ildə istehsal olunan filmin rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayev, ssenari müəllifi Mövlud Süleymanlı, bəstəkarı Emin Sabitoğludur. Filmdə Azərbaycanın tanınmış aktyorları çəkilib.

Bərpa olunmuş elektron versiyası hazırlanan ikinci film “Gümüş gölün əfsanəsi”dir. Bu film 1985-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifi İsi Məlikzadə, quruluşçu operatoru Rafiq Qənbərov, bəstəkarı Müslüm Maqomayevdir. Baş rollarda Şükufə Yusupova, Eldəniz Rəsulov, Ramiz Əzizbəyli və başqaları iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR