Moskvada təhlükəsizlik tədbirləri ilə əlaqədar 365 000 polis asayiş çəkir

Moskvada təhlükəsizlik tədbirləri ilə əlaqədar 365 000 polis asayiş çəkir
# 04 mart 2012 17:49 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada müxalifətin keçirmək istədiyi kütləvi aksiyalarla əlaqədar yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir. APA-nın Moskva bürosunun məlumatına görə, paytatın mərkəzindəki küçələrdə polis postları qurulub. Moskvanın mərkəzi küçələri OMON əməkdaşları ilə doludur. Onlar müxalifətin bu gün axşama planlaşdırdığı mitinqdə asayişi qorumaq üçün tapşırıq alıblar.
Polis dəstələri kordonla “Bolşoy Çerkaskiy” küçəsində yerləşən Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) binasının qarşısını bağlayıblar. Çünki müxalifət tərəfdarları ilk olaraq MSK binasına yürüş edəcəklərini bildiriblər.
Təhlükəsizlik tədbirləri əsasən şəhərin “Manej”, “Bolotnı”,“Puşkin” və digər mərkəzi meydanlarında da görülüb. Seçkilər bitəndən dərhal sonra bu meydanlarda prezidentliyə namizəd hazırkı baş nazir Vladmir Putinin tərəfdarları mitinq keçirəcəklər. Həmin meydanlarda artıq aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görüldüyü bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR