Şəkidə ağır yol qəzası baş verib

Şəkidə ağır yol qəzası baş verib
# 25 iyul 2012 07:28 (UTC +04:00)
Qəza nəticəsində eyni ailənin bir üzvü ölüb, 3 üzvü ağır yaralanıb. APA-nın Şəki-Zaqatala bürosuna Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki regional məntəqəsindən verilən məlumata görə, hadisə Şəki-Oğuz yolunun Şəki rayonu Oravan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1947-ci il təvəllüdlü, Oğuz rayonu Ərmənət kənd sakini Əfəndiyev Qəhrəman Şəfi oğlunun idarə etdiyi VAZ-2101 markalı avtomobil yol qəzası törədib. Hadisə nəticəsində Q. Əfəndiyevin həyat yoldaşı, 1950-ci il təvəllüdlü, Nurcahan Əfəndiyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Q. Əfəndiyev və ailənin digər üzvləri Əfəndiyev Rza Qəhrəman oğlu, Əfəndiyeva Fəxrumə Əziz qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdiriliblər. Hazırda onlarının vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyini(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Qərb şöbəsinin regional bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR